Gürcüstan BTQ çərçivəsində Azərbaycanla əməkdaşlığın inkişafını hədəfləyir

Xəbər - Tamilla Məmmədova, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycan və Gürcüstan nəqliyyat potensialını inkişaf etdirir və bu istiqamətdə fəal tədbirlər görür.

AzerTimes-ın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinə daha çox operator cəlb olunur:

“Bu, həm Gürcüstan və Azərbaycan, həm də Türkiyə üçün faydalı marşrutdur və bu istiqaməti daha da inkişaf etdirəcəyik”.

Teqlər: