Gürcüstan BMT İHŞ-ya üzv seçildi

Gürcüstan BMT İHŞ-ya üzv seçildi

Gürcüstan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində 2023-2025-ci illər üçün İnsan Hüquqları Şurasına üzv seçilib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili məlumat yayıb.

“Gürcüstanı 2023-2025-ci illər üçün BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilməsi münasibətilə təbrik edirəm. Bu, ölkəmiz üçün mühüm uğurdur və bizə Gürcüstanın fundamental insan hüquqları dəyərlərinə sadiqliyini təsdiq etmək və beynəlxalq hüquq normalarının təmin edilməsində fəal iştirak etmək imkanı verir”, – Darçiaşvili söyləyib.

O, respublikanı BMT-nin İnsan Hüquqları Şurasına seçən hər kəsə təşəkkür edib və qeyd edib ki, Tiflis digər ölkələrlə sıx əməkdaşlıq edərək, bütün dünyada insan hüquqlarının müdafiəsinin keyfiyyətinin yüksəldilməsinə çalışacaq.

Xatırladaq ki, Gürcüstan ikinci dəfədir BMT-nin İnsan Hüquqları Şurasına üzv olur.

Teqlər: