Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 20 faizdən çox artırıb

Xəbər - Tamilla Məmmədova – Trend:

Gürcüstan 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 505,2 milyon kilovat-saat elektrik enerjisi idxal edib.

AzerTimes-ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz çoxdur.

İlin ilk 7 ayında Gürcüstanın elektrik enerjisi idxalında Azərbaycanın payı 30 faiz olub.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə Gürcüstan üzərindən elektrik enerjisinin tranziti 108,1 milyon kilovat-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.

Twitter: @Mila61979356

Teqlər: