Gürcü hökuməti: İstefaya getməyəcəyik!

Gürcü hökuməti: İstefaya getməyəcəyik!

Gürcüstan hökuməti stabil olaraq qalır və nümayişlərə baxmayaraq, istefaya getməyəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

“Nümayişlər istənilən demokratik ölkə üçün xarakterikdir, lakin mən demək istəyirəm ki, Tiflisdə nümayişlər əvvəllər olduğu kimi nəticəsiz başa çatıb. Hökumət sabit, dayanıqlı və güclüdür və biz irəliləməyə davam edirik”, – Qaribaşvili bildirib.

Qeyd edək ki, bazar ertəsi “Evə, Avropaya” hərəkatı hökumətin istefası tələbi ilə növbəti aksiya keçirib.

Etirazların səbəbi Avropa Komissiyasının Gürcüstana AB-yə üzvlük üçün namizəd statusu verməməsi ilə bağlıdır.

Teqlər: