Bakıda oxuyan, 40 il prezidentlik edən Santuş İspaniyada öldü

Bakıda oxuyan, 40 il prezidentlik edən Santuş İspaniyada öldü

Anqolanın sabiq prezidenti Eduardu duş Santuş İspaniyada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilir ki, sabiq prezident Barselonadakı klinikaların birində bu gün yerli vaxtla 11 radələrində 79 yaşında keçinib.

Qeyd edək ki, 1942-ci il təvəllüdlü Santuş 1979-2017-ci illərdə Anqola prezidenti olub. Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənayesi Universiteti) məzunudur.

Anqola 1975-ci ildə müstəqilliyini elan edib. O zaman silahlı qruplaşmalar hakimiyyət mübarizəsi aparırdı.

İkinci prezident olan Santuşun hakimiyyətinin böyük hissəsi ölkədə vətəndaş müharibəsi dövrünə təsadüf edir. Yalnız 2002-ci ildə müxalifət lideri öldürüldükdən sonra qalıcı atəşkəs sazişi imzalamaq mümkün olub.

Teqlər: