Güneyli fəala “Allaha görə” işgəncə edildi

Güneyli fəala “Allaha görə” işgəncə edildi

Güney azərbaycanlı fəal Səccad Əlipura Təbriz həbsxanasında ağır işgəncə edildiyi bildirilir.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

Məlumatda 29 noyabr 2020-ci ildə etiraz aksiyalarında saxlanılan Əlipurunun iki dəfə təhlükəsizlik təcridxanasına aparıldığı və dindirmə zamanı ağır döyüldüyü qeyd edilib.

28 yaşlı gənc fəala qarşı edam cəzasının verilməsi ilə nəticələnə biləcək “müharib” (Allaha müxalif olma) ittihamı irəli sürülüb.

Teqlər: