Güneydən reaksiya: Bu, bizə atılan güllədir!

Güneydən reaksiya: Bu, bizə atılan güllədir!

Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbəri Güney azərbaycanlılar arasında geniş əks-səda doğurub.

AzerTimes xəbər verir ki, güneylilər yayılan xəbərlərin şərh bölumü və özlərinin sosial media səhifələrində hadisəni pisləyən şərhlər yazıb, paylaşımlar ediblər.

Güneyli sosial media istifadəçiləri “Azərbaycan səfirliyinə atılan güllə Güney azərbaycanlılara atılan güllədir”, “Allah şəhidimizə rəhmət eləsin”, “Biz bir daha düşmənimizin kim olduğunu tanıdıq” məzmunlu paylaşımlar mesajlar paylaşılıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Teqlər: