Güneydə Zəfər Günü belə qeyd edildi – Video

Güneydə Zəfər Günü belə qeyd edildi – Video

8 Noyabr Zəfər Günü Güney Azərbaycanda da qeyd edilib. Bu gün bütün azərbaycanlılar üçün unudulmaz bir tarixdir.

Bu sözləri AzerTimes-a Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

O bildirib ki, Zəfər Günü ilə bağlı paylaşımlar edən güneyli gənclər öz həmrəyliklərini nümayiş etdirmək və Azərbaycanı qələbə günü münasibətilə təbrik etmək istəyiblər:

“Güneyli milli fəallar və gənclərimiz Təbriz, Urmiya, Sulduz kimi şəhərlərdə Zəfər Günü ilə bağlı aksiyalar keçiriblər. Onlar 44 günlük Vətən müharibəsinə aid şəkil və posterləri şəhərin müxtəlif yerlərindən və divarlardan asıblar. Bu aksiya bir neçə gündür ki, davam edir. Güneylilər Quzeyin əldə etdiyi qələbəni sevinclə qarşılayır. Hər il bu bayramı qeyd etmək, artıq bizim üçün ənənəyə çevrilib. Həmçinin, Urmiyada atəşfəşanlıq olub. Bu videoları güneyli gənclər sosial şəbəkələrdə paylaşıb, Quzeylə eyni hisləri yaşadıqlarını bölüşmək istəyiblər”.

Teqlər: