Günelin bu hərəkəti Türkiyədə gündəm oldu – Video

Günelin bu hərəkəti Türkiyədə gündəm oldu – Video

Türkiyədə azərbaycanlı gənc qızın köməyə möhtac birinə yardım etməsi sosial mediada gündəm olub.

AzerTimes xəbər verir ki, görüntülər Türkiyə səhifələrində geniş yayılıb.

Belə ki, gənc bir oğlan ətrafdakı insanları sınamaq üçün gizli çəkilişlə kimin ona yardım edəcəyi ilə maraqlanıb.

Parkda əyləşən xanımdan zəng etmək üçün telefonunu istəyib və guya anasına yığaraq pulsuz qaldığını, köməyə ehtiyacı olduğunu bildirib.

Bu isə azərbaycanlı xanımın diqqətini çəkib və onunla maraqlanıb, 200 lirə yardım da edib.

Sonda əslində gizli çəkiliş olduğunu bilən Günel adlı gənc azərbaycanlı qıza Ayfon 14 Pro Max hədiyyə edilib.

Daha ətraflı videoda:

Teqlər: