Qızılı qapaqların altında hər gün, hər həftə və hər ay nağd
pul və meqabaytlar qazanmaq şansı istehlakçıları gözləyir!
“Gülüstan, iç və hədiyyə qazan!” tirajlı
stimullaşdırıcı lotereya 01.03.2022-ci il tarixindən 30.06.2022-ci
il tarixinədək “TAC” MMC tərəfindən istehsal edilən 1, 1,5 və 2
litr həcmində olan və xüsusi nişanlanmış qızılı qapaqlara sahib
olan “Düşes”, “Tərxun”, “Feyxoa”, “Şaftalı”, “Albalı”, “Portağal”
və “Kola” çeşidli “Gülüstan” limonadlarının
satışının stimullaşdırılması məqsədilə təşkil edilir.
Pərakəndə ticarət yerlərində satılan “Gülüstan” limonadlardan ən
azı bir ədədini dəyəri ödənilməklə əldə edən istehlakçı bu
stimullaşdırıcı lotereyada iştirak edə bilər. Belə ki, qızılı
rəngli qapaqların altındakı promo kodu
gulustan.info.az saytında qeydiyatdan keçirərək
lotereyaya qoşulmaq olar. Əlavə olaraq Bakcell nömrələrindən promo
kodu qısa smslə 5555-ə göndərərək də qeydiyyatdan keçmək
mümkündür.
Hər gün 50 iştirakçı Bakcell mobil operatorundan 100
MB, 2 iştirakçı 50 AZN və 1 iştirakçı
100 AZN dəyərində uduşlar, hər həftə 1 iştirakçı
200 AZN dəyərində uduş və hər ay 1 şanslı
iştirakçı 500 AZN dəyərində super uduşun sahibi
olacaq! Ümumilikdə, 6.100 nəfər iştirakçıya 100 MB, 244 nəfər
iştirakçıya 50 AZN, 122 nəfər iştirakçıya 100 AZN, 18 nəfər
iştirakçıya 200 AZN və 4 nəfər iştirakçıya 500 AZN mükafatları
veriləcək.
Kampaniya müddətində göndərilən bütün promo kodların müddəti bir
ay təşkil edir. Hər bir promo-kod 1 gündəlik
tirajda, 1 həftəlik tirajda və 1
aylıq tirajda iştirak edir. Qızılı qapaqlar lotereya
biletinə bərabər tutulan məlumat daçıyıcısı olaraq kampaniyanın
müddəti ərzində saxlanmalı və uduşların əldə edilməsi zamanı
təşkilatçı şirkətə təqdim olunmalıdır.
Qaliblər təsadüfi nömrələr generatoru vasitəsilə müəyyən
ediləcək və hər bir qalib iştirakçıya SMS vasitəsilə məlumat
veriləcək. Həmçinin qaliblərin siyahısı
promo.gulustan.info.az səhifəsində dərc
olunacaq.
Lotereya Azərbaycan Respublikası Mərkəzi Bankının 09
dekabr 2021-ci il tarixli, №01-2-2021-166
saylı məktubu ilə qeydiyyata alınmışdır. Kampaniya ilə bağlı
ətraflı məlumatları gulustan.info.az
saytından, eləcə də (+99412) 346-22-91/92,
346-40-00 nömrələri vasitəsilə əldə edə
bilərsiniz.
Qeyd edək ki, «TAC» MMC əhalinin keyfiyyətli içməli su və
sərinləşdirici içkilər ilə təmin edilməsi üçün Azərbaycanda
yaradılan ilk şirkətlərdən biri olaraq artıq 25 ildir ki fəaliyyət
göstərməkdədir. Bu müddət ərzində «TAC» MMC daxili bazarı
“Aquavita” təbii mineral sular, geniş çeşiddə “Gülüstan”
limonadları, “Şahdağ” keyfiyyətli içməli sular və sərinləşdirici
içkilər, “Jingo” təbii şirə tərkibli içkilər, “Nicetea” soyuq
çayları ilə təmin etməkdədir.
Qazanmağa hazırsan? Gülüstan yenə də
qazandırır!