Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Yunan-Roma güləşçimiz Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.

AzerTimes xəbər verir ki, çempionatda 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabı ilə məğlub olan güləşçimiz Avropa ikincisi olub.

Teqlər: