Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)

Samsung Jet™ simsiz əl tozsoranı güclü işləmə gücü və yüngül çəkisi ilə fərqlənərək, evinizi daim səliqəli və təmiz qoruyub saxlamaq üçün yaradılmışdır. Qeyd edilən təmizlik ekosisteminin bir hissəsi olan, Samsung-un təqdim etdiyi inqilabi Clean Station ™ zibil qutusu isə tozsoran konteynerinin asan təmizləməsini və bütün prosesin daha gigiyenik halda keçməsini təmin etmək üçün icad edilmişdir.

Beləliklə, Samsung Jet ™ daha güclü sovurma gücünə malik olub, 5 qat HEPA filtrasiya sistemi ilə təchiz edilmişdir. Sözü gedən bu sistem evinizi təmiz saxlamaqla yanaşı, havadakı tozları təmizləyərək, məkan daxilində ən kiçik toz zərrəciklərini belə neytrallaşdırır və tozları otağınızdan xaric edir. Beş qat HEPA filtrasiya sistemi, “xaric edilən” havanı çox mərhələli filtrasiya yolu ilə təmizləyərək, tozun təkrar otaq sahəsinə geri qayıtmasının qarşısını alır. Belə ki, birinci etapda tozsoranın əsas siklonu böyük toz hissəciklərini, metal torlu barmaqlıqlar isə daha kiçik tullantıları ayırır. Daha sonra, isə axın siklonu və mikrofiltri ən kiçik toz hissəciklərini zərərləşdirir və nəhayət sonda, ultrasəs toz filtri ölçüsü 0,3 ~ 10 mikrona qədər olan hissəciklər də daxil olmaqla, mikro tozcuqların 99,999% -ni çeşidləyərək zərərsiz hala gətirir.

Qeyd edilən əsaslı təmizlikdən sonra, vacib məqam tozsoran konteynerini boşaldarkən toplanan toz hissəciklərini yenidən məkan sahəsinə səpələməməkdir. Bunun üçün də Samsung inqilabi bir həll yolu təqdim edir – Clean Station ™.
Belə ki, bu qurğuya tullantı konteynerini boşaldığınız zaman təmizlik stansiyasının xüsusi quruluşu hətta ultra kiçik toz hissəciklərinin belə havaya püskürdülməsinin qarşısını alır. Həmçinin, onu da qeyd etmək lazımdır ki, tozsoranın 5 qatlı HEPA filtrasiya sistemi germetik olub, digər zibil konteylərindən 400 dəfə daha gigiyenikdir.

Bundan əlavə, tozsoranın filtr sistemimin bütün hissələri “çıxarıla” və axar su altında yuyula bilir.
Samsung Jet ™ -in ən böyük üstünlüklərindən biri də tozsoranın bütün təmizlik boyu sovurma qabiliyyətini itirməməsidir . Rəqəmsal invertor sayəsində cihazın mühərriki dəyişməz yüksək enerji səmərəliliyi qoruyub saxlayaraq, öz sinfində ən yaxşı sovurma gücünə malikdir ( 200 Vt-dək). Akkumulyatorun yükü bitməyə yaxınlaşdıqda isə Jet Siklon, sovurma gücü itkisini minimuma endirmək üçün doqquz ayrı siklonu aktiv edir .
Simsiz tozsoranın əsas komponenti – batareyadır. Bu səbəbdən Samsung Jet, 60 dəqiqə işləmə müddətinə sahib, tutumlu bir akkumulyator ilə təchiz edilmişdir. Həmçinin, əlavə batareyadan istifadə edərək işləmə müddətini iki dəfə uzatmaq mümkündür.


Samsung Jet ilə təmizlik çox vaxt almayacaq, çünki, səthindən asılı olmayaraq evinizin istənilən guşəsində hər zaman sürətli və qüsursuz nəticələr əldə edəcəksiniz.

Keramik kafel, xalça və ya dəri mebel – tozsoran istənilən səthin təmizlənməsinin öhdəsindən mükəmməl gəlir, belə ki, cihaz 7 universal fırça dəsti ilə təchiz edilmişdir. Buna misal olaraq, anti-statik gümüş sapları olan və yumşaq səthlər üçün nəzərdə tutulmuş Soft Action və ikili fırlanan yaş yastıqlı Spinning Sweeper fırçaları döşəmə üçün əvəz olunmazdır. 180 dərəcə dönmə bucağına malik ucluq isə mebel altı və ev bucaqlarında təmizlik etmək üçün əla köməkçidir. Çatması çətin olan hissələr üçün Long Reach Crevice Tool, yumşaq mebeldən ev heyvanlarının tüklərini təmizləmək üçün isə tutulan Mini Motorized Tool fırçalarından istifadə edərək, ideal təmizliyə nail ola bilərsiniz.
Samsung Jet tozsoranları haqqında əlavə məlumatları Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsində əldə edə bilərsiniz.

Teqlər: