Güclü külək və leysan Gəncədə fəsadlar törətdi

Güclü külək və leysan Gəncədə fəsadlar törətdi

Gəncə şəhərində və ətraf rayonlarda güclü küləklə müşahidə olunan leysan fəsadlar törədib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, axşam saatlarında hava şəraiti dəyişərək güclü külək və intensiv yağışlar yağmağa başlayıb.

Eyni zamanda dağlıq ərazilərə dolu düşüb, eləcə də külək və leysan təsərrüfatda fəsadlar törədib və meyvə ağaclarına zərər vurub.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində həm insanların və həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Hazırda bölgədə güclü küləklə müşahidə olunan yağışlı hava davam edir.

Teqlər: