Güclü külək Tərtərdə fəsadlar törətdi

Güclü külək Tərtərdə fəsadlar törətdi

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsad törədib.

AzerTimes xəbər verir ki, küləyin təsirindən ağaclar aşıb, Tərtər şəhərində çoxmənzilli iki yaşayış binasının dam örtüklərinin bir hissəsi uçub.

Külək nəticəsində rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisinə və kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.

Teqlər: