Hazırda ölkə ərazisində mövcud olan güclü külək səbəbindən
Qobustan rayonu ərazisində toz-dumanı müşahidə olunur.
Trend xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib ki, qərb küləyinin sürəti
Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə
20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15
m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü
2,6 metrə çatıb.
Qeyd edək ki aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb
küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə
arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi,
gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.