Güclü külək Ağdamda fəsadlar törədib

Əsən güclü külək Ağdamda fəsadlar törədib.

Trend-in bölgə
müxbirinin verdiyi məlumata görə, Ədalət Quliyevə məxsus ticarət
obyektinin dam örtüyünün uçması nəticəsində sahibkara küllü
miqdarda ziyan dəyib.

Qeyd edək ki, bu gün günün ikinci yarsından başlayaraq Ağdam,
Tərtər və Bərdə rayonlarında əsən külək ciddi fəsadlar törədib.
Elektirik dirəklərinin aşması, naqillərin qırılması nəticəsində
hələ də sözü gedən rayonların bəzi yaşayış məntəqələrinə elektrik
enerjisinin verilməsi dayandırılıb.

Teqlər: