Güclü külək Ağcabədidə fəsadlar törədib (VİDEO)

Ağcəbədi. Aslan Məmmədli – Trend:

Dünəndən başlayan güclü külək Ağcabədidə fəsadlar törədib.

AzerTimes-ın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağcabədi rayonunun mərkəzində, həmçinin ətraf qəsəbə və kəndlərdə dağıntılar qeydə alınıb. Külək işıq dirəklərini, elektrik və rabitə naqillərini, ağacları, hətta bəzi tikililərin damlarını uçurub.

Fəsadların aradan qaldırılması üçün işlər aparılır.


Teqlər: