Güclü külək ağacı maşının üzərinə aşırdı – Foto

Güclü külək ağacı maşının üzərinə aşırdı – Foto

Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, şəhərdə əsən külək nəticəsində Yeni Gəncə qəsəbəsində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Teqlər: