Güclü alman haubitsaları artıq Ukraynada cəbhədədir

Güclü alman haubitsaları artıq Ukraynada cəbhədədir

Ukraynaya təhvil verilmiş Almaniyanın özüyeriyən PzH 2000 haubitsaları bir neçə gündür cəbhədədir.

AzerTimes xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, haubitsadan hər istifadə etdikdən sonra ruslar onun izinə düşüb məhv edə bilməmək üçün mövqelərini dəyişirlər.

“Bu, çox təkmil silahdır. Bir alman özüyeriyən haubitsa bizim əvvəllər istifadə etdiyimiz üç köhnə sovet sisteminə bənzəyir. On gün ərzində onu öyrənəcəyimizi düşünürük, amma bizə 36 gün lazım oldu”,- cəbhədəki ukraynalı hərbçi bildirib.

Qeyd olunur ki, alman haubitsalarının dəqiq harada istifadə edildiyi barədə məlumat verilmir, çünki bu məxfi məlumatdır.

Teqlər: