Nərimanov rayonunda yerləşə gözəllik salonlarından birindən
oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, naməlum
şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin
nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb.
Eyni məzmunlu şikayətlə Nərimanov rayonunda yerləşən gül satılan
mağazalardan birindən də Nərimanov Rayon Polis İdarəsinin 18-ci
Polis Şöbəsinə şikayət daxil olub. Həmin şəxs isə mağazadan 4400
manat dəyərində 4 ədəd mobil telefonun oğurlandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin
hadisəni törtməkdə şühəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş
Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində etdiyi oğurluqları etiraf
edib. Ətrafında aparılan araşdırmalar zamanı onun paytaxtın digər
rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları
oğurladığı müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik
kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı Rövşən
Rəhimov barəsində 18-ci Polis Bölməsində toplanan materiallar
Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi
cinayətlər törətməsi istisna edilmir. Rövşən Rəhimovin əməllərindən
zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102”
Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi
səhifələrinə məlumat verə bilərlər.