Gözdən əlil qadın səhvən sirkə içərək öldü

Gözdən əlil qadın səhvən sirkə içərək öldü

Abşeron rayonunda 70 yaşlı qadın sirkə içərək ölüb.

AzerTimes Report-a istindən xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün tikilən şəhərcikdə qeydə alınıb.

Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Gözəl Qafar qızı Abdullayeva yaşadığı ünvanda səhvən sirkə içib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: