Göygöldə polis maşını qəzaya düşdü: yaralı var

Göygöldə polis maşını qəzaya düşdü: yaralı var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın Unikal.org-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qubat Qasımov idarə etdiyi “KHAZAR” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki polis mayoru Qubat Qasimov Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşıdır. O xidməti avtomobili ilə qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: