Göygöldə narkotik saxlamaqda və oğurluqda şübhəli billinən şəxslər saxlanılıb (FOTO)

Göygöldə narkotik vasitə saxlamaqda və oğurluq etməkdə şübhəli
billinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz
olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Oruc
Məmmədov, Eşqin Məmmədov, İftixar Süleymanov, Ramiz Həsənov və
Şahin Əliyev saxlanılıb. Polis Şöbəsində şübhəli şəxslərin üzərinə
baxış keçirilən zaman müxtəlif çəkilərdə narkotik maddə olan
heroin, metamfetamin və digər psixotrop maddələr aşkar olunaraq
götürülüb.

Saxlanılan şəxslərdən Ş.Əliyevin ətrafında aparılan
istintaq-əməliyyat təbirləri nəticəsində onun törətdiyi digər
cinayətlər də müəyyən edilib. Belə ki, Ş. Əliyev aprel ayının 18-də
“Aztelekom” MMC-yə məxsus naqili oğurladıqdan sonra tanışı Namiq
Əliyev ilə qabaqcadan əlbir olaraq rayon ərazisindəki ümumi dəyəri
3744 manat olan artezan quyusunun elektrik naqillərini
oğurlayıb.

Qeyd edilən faktlar üzrə Göygöl RPŞ-də cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.

Teqlər: