Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB)
əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının
pozulması hallarının qarşısının alınması və hərəkətin
təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəzarət-profilaktik
tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən tədbirlərlə
avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülərin
nəqliyyat vasitəsiləri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına
gətirilməsi təmin edilib.
Polis əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə
izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət
edilməsinin vacibliyini çatdırıblar. Qaydaları pozan sürücü
barəsində qanunamüvafiq tədbir görülərək inzibati məsuliyyətə cəlb
olunublar