Göygöl rayonunda avtoxuliqan saxlanılıb (FOTO)

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində sərxoş halda sürət həddini aşan, yol
hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən
sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki
regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakini, Zamin Məmmədov idarə etdiyi
“VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol
hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və
bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq
vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Sürücünün
polis əməkdaşları tərəfindən saxlanılan zaman ağır dərəcəli sərxoş
olması da müəyyən edilib.

Sərxoşluq müayinəsindən keçirilən Z.Məmmədov barəsində protokol
tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin
qərarı ilə o 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat
miqdarında cərimə edilib.

Teqlər: