Göygöl Olimpiya İdman Kompleksində 15 idmançı zəhərləndi

Göygöl rayonunda kütləvi zəhərlənmə olub.

Göygöl rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi
Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida
zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə Göygöl rayon
prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Cüdo idman növü üzrə
Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya
İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak
edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən
tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya
müraciət etmiş, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən
sonra evə buraxılmışlar.
Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə
müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma
aparılır.

Teqlər: