Göyçədə daha 3 erməni öldü

Göyçədə daha 3 erməni öldü

Ermənistanda, Göyçə gölünün sahilindən keçən Çəmbərək-Şorca-Vardenis magistralında yol qəzası baş verib.

AzerTimes erməni mediasına istinadən xəbər verir ki, VAZ-2107 və VAZ-2101 markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər hadisə yerindəcə ölüb, xəstəxanaya yerləşdirilən daha 2 yaralıdan biri isə sonradan keçinib.

Digər yaralanın isə vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gün Ermənistanda Metsamor yolunda baş verən qəzada 4 nəfər ölmüşdü.

Teqlər: