Ötən gün Göyçə gölünün sahilindəki çimərlik ərazisində atışma baş verib.
AzerTimes erməni mediasına istinadla bildirib ki, çimərlikdə istiqahət edən ermənilər arasında mübahisə olub. Daha sonra isə mübahisə edənlər silaha əl atıblar.
Polis şahidlərin çağırışı ilə hadisə yerinə gəlib. Hazırda zərərçəkənlərin olub-olmaması və atəş açanlar axtarılır.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Ermənistan əhaliyə Qarabağda döyüşmək üçün külli miqdarda silah paylamışdı. Hələ o zaman kriminalistlər bu silahların sonradan əhalinin bir-birinə qarşı istifadə etməsinə səbəb olacağı haqda həyəcan vermişdilər.
Hazırda Ermənistanda baş verən dava-dalaşlarda “Kalaşnikov”dan istifadə edilir, bank yarmağı isə ermənilər qumbaralarla gedirlər.