Çin hədələmişdi: Pelosinin təyyarəsi havaya qalxdı – Foto

Çin hədələmişdi: Pelosinin təyyarəsi havaya qalxdı – Foto

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsi Endryus aviabazasından havaya qalxıb.

AzerTimes xəbər verir ki, bu barədə məlumat sscial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Pelosinin Tayvan adasına getdiyi ehtimal edilir.

Bundan öncə isə Pelosinin təhlükəsizliyini təmin etmək üçün ABŞ “Ronald Reyqan” aviadaşıycı gəmisini Cənubi Çin dənizinə göndərmişdi.

Qeyd edək ki, bundan öncə Çin bu səfərə qəti etirazını bildirib və buna Çin ordusunun “sakit yanaşmayacağını” bildirib. Eyni zamanda, Çin Tayvana yaxın Futszyan əyalətində hərbi təlimlərə başlayıb.

Teqlər: