Göyçayda zəncirvari qəza: xəsarət alanlar var – Foto

Göyçayda zəncirvari qəza: xəsarət alanlar var – Foto

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə magistral yolun 189-cu kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Göyçaydan Bakı istiqamətində hərəkətdə olan VAZ 2106 markalı avtomobil qarşı tərəfdən gələn “Şevrolet” markalı avtomobillə toqquşub.

Daha sonra hər iki maşın VAZ 2106 markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alanlar var. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: