Göyçayda vaksin olunanların sayı 80 min nəfəri keçib

Xəbər - Samir Əli – Trend:

Göyçay rayonunda koronavirus infeksiyasına qarşı 111 min 170 vaksin vurulub.

Göyçay rayon Mərkəzi Xəstəxanasından AzerTimes-a verilən məlumata görə, bu günə qədər rayon üzrə 48 min 904 nəfər artıq birinci dozanı qəbul edib. 31 min 137 nəfər isə hər iki doza peyvənd olunub. Hazırda peyvəndləmə prosesi davam etdirilir.

Xəstəxanadan qeyd ediblər ki, bu günə qədər peyvənd olunanlar sırasında əks-təsir faktı aşkar edilməyib: “Həmçinin peyvənd olunanlar arasında xəstəliyi ağır keçirənlərə və ölüm hallarına rast gəlinməyib. Virusdan ölənlərin heç biri peyvənd olunmayıb”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənə olan məlumatına görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 7 371 182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 418 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 952 968 təşkil edib.

Teqlər: