Göyçayda narkotikin təsiri altında olan sürücü həbs olunub (FOTO)

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin
təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakini Emil Usubovun sürücülük hüququ
olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol polisi
əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında
saxlanılıb.Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr
yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin
edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana
istifadə edib, sükan arxasına əyləşdiyi məlum olub.

Polis şöbəsində E.Usubov barəsində toplanmış materiallar rayon
məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka
inzibati həbs edilib.

Teqlər: