Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib (VİDEO)

Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Cəyirli kəndi ərazisində yerləşən,Rövşən Rzayevə məxsus fərdi yaşayış evində təşkil olunan toy mərasimində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.


Teqlər: