Göyçayda həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

22.11.2021-ci il tarixdə Göyçay rayonu Bəydövül kənd sakini
1983-cü il təvəllüdlü Elvin İsmayılovun öldürülməsi faktı ilə bağlı
başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Göyçay rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
istintaqla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman
Mustafayevin kənd ərazisində heç bir əsaslı səbəb olmadan Elvin
İsmayılova soyuq silah hesab edilən bıçaqla xəsarətlər yetirərək
onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Qılman Mustafayevə Cinayət
Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və
228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən
soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə ) maddələri ilə
yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Şəki Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: