Xəbər - Samir Əli – Trend:
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək
ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət
iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, rayonun Çayarxı kənd sakini Əziz Yusifov idarə
etdiyi “VAZ-21011” markalı avtomobillə intizamsızlıq edərək yol
hərəkəti qaydalarını kobud şəkildə pozub və toy karvanında etdiyi
avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində
paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq
baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Ə.Yusifov sürücülük hüququ 1 il müddətində
məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs
edilib.