Göyçayda avtomobil sexindən 15 min manatlıq oğurluq edilib

Göyçayda avtomobil sexindən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Göyçay
Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən
avtomobillərin təmiri sexində “Volvo” markalı bir yük avtomobilinin
5.000 manat dəyərində, “Zoomlion” markalı digər avtomobilin 10.000
manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin
birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik
avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər
sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev
müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Teqlər: