Göyçayda ağır qəza: yaralılar var

Göyçayda ağır qəza: yaralılar var

Göyçayda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 190-cı kilometrliyində, Göyçayın Yekəxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə yol qəzası nəticəsində avtomobillərdən biri yoldan çıxaraq aşıb. Toqquşmanın təsirindən hər iki maşına ciddi zərər dəyib.

Qəzadan sonra hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə yaralılar Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Teqlər: