Göyçayda ağır qəza: ölənlər var

Göyçayda ağır qəza: ölənlər var

Göyçayda ağır yol qəzası baş verib,ölənlər və yaralı var.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər – Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər: