Göyçayda 43 yaşlı kişi güllələnərək qətlə yetirildi

Xəbər - Samir Əli – Trend:

Göyçay sakini küçədə güllələnib.

Göyçay rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu
il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon
prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il
təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında
yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş
açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.


Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: