Göyçay sakininin həyətində narkotik plantasiyası aşkarlandı (FOTO)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan
şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində
əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi
yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin
becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş
tədbirlər nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə
məşğul olan şəxsin əvvəllər də törətdiyi ağır cinayətlərə görə bir
neçə dəfə məhkum olunmuş Ürfan Osmanov olduğu müəyyən edilib.O,
şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən
xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 10 kiloqrama
yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb.

Ü.Osmanov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət
əvvəl becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini
etiraf edib. Məqsədinin isə həm öz istifadəsi, həm də satmaq
olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.

Teqlər: