Göyçay rayonunda ev yanıb

Göyçay şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan
ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi
130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı
20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan
hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Teqlər: