Görkəmli riyaziyyatçı alim vəfat etdi

Görkəmli riyaziyyatçı alim vəfat etdi

Görkəmli riyaziyyatçı alim, ETN Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin müdiri, fizika riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə yaxınları məlumat verib.

Məlumata görə, o, bu gün vəfat edib.

Qeyd edək ki, Əkbər Əliyev 1950-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub.

Ə.Əliyev 170-dən çox elmi əsərin, 2 dərs vəsaitinin müəllifidir. 10-dan çox fəlsəfə doktoruna rəhbərlik edib.

Allah rəhmət eləsin!

Teqlər: