Goranboyda partlayış: ölən var

Goranboyda partlayış: ölən var

Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Validə Yadulla qızı Mirzəyeva yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: