Goranboyda naməlum meyit tapılıb

Xəbər - Samir Əli – Trend:

Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xocalı rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.


Xocalı rayon prokurorluğundan AzerTimes-a bildirilib ki,

Teqlər: