Goranboyda minik avtomobili traktorla toqquşub, ölən var

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər: