Xəbər - Samir Əli – Trend:
Goranboy rayonunda minaya düşən mülki şəxs sağdır.
Goranboy rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.