Bakıda mənzildən oğurluq edən keçmiş məhkum saxlanılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən edilib.

Rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıb.

Teqlər: