Goranboyda əməliyyat: Külli miqdarda narkotik tutuldu

Goranboyda əməliyyat: Külli miqdarda narkotik tutuldu

Goranboyda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Elçin Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zamanı narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E. Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan ümumi çəkisi 2 kq 45 qram “heroin” aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun narkotik maddəsni iran vətəndaşından aldığı müəyyən olunub. Dindirilimə zamanı E. Əliyev ifadəsində narkotiki iran vətəndaşından aldığını və pulunu narkotik vasitəni satdıqdan sonra ödəməli olduğunu bildirib. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bununla da Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 4 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb ki, bunun da 2 kq-nı güclü təsir edici narkotik maddə təşkil edir.

Teqlər: