Goranboyda ağır qəza: yaralılar var

Goranboyda ağır qəza: yaralılar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü X.Hüseynova, 2011-ci il təvəllüdlü Z.Hüseynova, onun qardaşı, 2007-ci il təvəllüdlü Z.Hüseynov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Qəza nəticəsində daha 1 nəfərə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: