Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi

Xəbər - Samir Əli – Trend:

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Məlumata görə hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.

Teqlər: